Yığmamızın oyununda qalmaqal
14.11.2021 - 22:44
Yığmamızın oyununda qalmaqal

Azərbaycan millisinin Qətərlə keçirilən yoldaşlıq görüşündə qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, hadisə matçın 85-ci dəqiqəsində baş verib.

Millimizin cərimə zərbəsi qazandığı epizodda iki komandanın futbolçuları arasında mübahisə düşüb. Oyunçular bir-birilərini itələyiblər. Lakin hadisə böyümədən oyunçuları sakitləşdirmək mümkün olub.

Hadisənin ilk iştirakçıları millimizin müdafiəçisi Anton Krivotsyuk və rəqibin oyunçusu Almoez Əli olub. Nəticədə baş hakim 4 futbolçuya sarı vərəqə göstərib. Adıçəkilən oyunçularla yanaşı, Araz Abdullayev və Bualem Xuxi də sarı ilə cəzalandırılıb.