Yığmanın futbolçusu Türkiyədə əməliyyat olundu
22.12.2021 - 09:48
Yığmanın futbolçusu Türkiyədə əməliyyat olundu

Azərbaycan millisinin və “Keşlə”nin futbolçusu Azər Salahlı əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Müayinədən sonra futbolçuda ikitərəfli qasıq yırtığı aşkar edilib. Bu üzdən cərrahi müdaxilə zərurəti yaranıb.

Salahlının əməliyyatı Türkiyədəki “Liv Hospital”da gerçəkləşib. Uğurlu əməliyyatdan sonra futbolçu özünü yaxşı hiss edir. Azər iki gündən sonra Bakıya qayıdacaq.