İtaliya millisinin sabiq hücumçusu Fabrizio Mikkoli həbsdən çıxıb.
Apasport.az saytının məlumatına görə, keçmiş hücumçu şərti olaraq azadlığa buraxılıb.
O, müəyyən şərtlərə əməl etməlidir. Məsələn, gecə saat 12-dən səhərə qədər evdən çölə çıxması qadağandır. Mikkoli həmçinin ictimai işlərlə məşğul olmağa, şəhərdəki futbol məktəbində dərs deməyə məcburdur.
Mikkoli ötən ilin noyabrında ağırlaşdırılmış qəsbdə ittiham olunub. Sabiq “Yuventus”lu 12 min avroluq borcunu qaytarmaq üçün italyan mafiyasının nümayəndələrinə müraciət edib. Buna görə də Ali Məhkəmə ona 3 il 6 ay həbs cəzası verib.
Qeyd edək ki, Fabritsio Mikkoli karyerası ərzində “Yuventus”, “Fiorentina”, “Benfika” kimi klubların formasını geyinib.