“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo yayda PSJ-yə köçə bilər.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi Portuqaliya millisinin kapitanının xidmətində israrını davam etdirir.
Böyük ehtimalla Fransa klubunun baş məşqçisi Mauritsio Poçettino mövsümün sonunda klubu tərk edəcək. Rəhbərlik bu posta Zinəddin Zidanı gətirmək niyyətindədir. Fransalı mütəxəssisin ilk istəklərindən biri də “Real”da rəhbərliyi altında çıxış edən Ronaldonu almaq olacaq.
“Qırmızı şeytanlar”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan 37 yaşlı forvard komandasını dəyişmək barədə düşünür. “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanmasa, Ronaldo oranı tərk edəcək.
Qeyd edək ki, CR7 bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan