Zubirdən minimal üstünlük - SİYAHI
28.04.2022 - 12:53
Zubirdən minimal üstünlük - SİYAHI

Azərbaycan klublarının heyətində cari mövsümdə ən çox oyun keçirən futbolçular bəlli olub.

Apasport.az saytının məlumatına görə, mövsümün rekordçusu Abdullah Zubirdir.

Fransalı yarımmüdafiəçi Premyer Liqa, Azərbaycan kuboku və Konfrans Liqasında ümumilikdə 39 matça çıxıb. Onu komanda yoldaşları Kadi Borqeslə Ramil Şeydayev izləyir. Onlar Zubirdən bir matç az keçirib.

Qeyd edək ki, cari mövsümdə “Qarabağ” 40, “Neftçi” 35, digər klublar isə daha az oyun keçirib.

1. Abdullah Zubir - 39
2-3. Kadi Borqes - 38
Ramil Şeydayev - 38
4. Filip Ozobiç - 36
5-7. Emin Mahmudov - 35
Kevin Medina - 35
Patrik Andrade - 35