A Seriyasında ən yaxşı məşqçi bəlli olub
12.12.2025 - 19:57
İtaliya A Seriyasında noyabr ayının ən yaxşı baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Milan"ın italiyalı mütəxəssisi Massimiliano Alleqri layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
58 yaşlı baş məşqçinin rəhbərlik etdiyi komanda ötən ay çıxış etdiyi 4 rəsmi matçda 3 qələbə və 1 heç-heçə ilə yadda qalıb.
Qeyd edək ki, Alleqri mövsümün əvvəlində "Milan"ın sükanı arxasına keçib.

- “Bavariya”nın sabiq futbolçusu Braziliya klubuna idman direktoru təyin edilib
- “Barselona”nın növbəti mövsüm üçün səfər forması məlum oldu - FOTO
- Duqlas Luiz Premyer Liqaya qayıdır?
- "Arsenal"ın sabiq futbolçusu İsveçrə klubunun baş məşqçisi təyin edilib
- "Liverpul"un 5 futbolçusu "Qarabağ"la oyunu buraxacaq
0
0