[b]A seriyasının təqvimi açıqlandı[/b]
26.07.2018 - 22:04
[b]A seriyasının təqvimi açıqlandı[/b]

İtaliya çempionatının A seriyasında yeni mövsümün təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq ilk turun cütləri bəllidi.

 

Avqustun 18-də start götürəcək tur Kriştianu Ronaldonun “Yuventus”da debütü ilə əlamətdar olacaq. Portuqaliyalı “Kyevo” ilə səfər matçında ilk oyununu keçirəcək.

 

I tur

“Atalanta” – “Frozinone”

“Bolonya” - SPAL

“Kyevo” – “Yuventus”

“Empoli” – “Kalyari”

“Latsio” – “Napoli”

“Milan” – “Cenoa”

“Parma” – “Udineze”

“Sampdoriya” – “Fiorentina”

“Sassuolo” – “İnter”

“Torino” – “Roma”

0