Abdülkadir Ömür Super Liqaya dönə bilər
07.02.2025 - 18:51
![Abdülkadir Ömür Super Liqaya dönə bilər](https://apasport.az/storage/news/2025/february/07/big/67a6187cdbeeb67a6187cdbeec173893849267a6187cdbee967a6187cdbeea.jpg)
“Trabzonspor”un yetirməsi və Çempionşip komandalarından “Hull Siti” forması geyinən Abdülkadir Ömür karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə Super Liqa təmsilçisi “Rizəspor” maraqlanır.
Futbolçu ilə yaxın zamanda rəsmi müqavilə imzalanacağı gözlənilir.
Xatırladaq ki, 25 yaşlı futbolçu 2024-cü ildə “Trabzonspor”dan “Hull Siti”yə 2,5 milyon avroya transfer edilmişdi.
Abdülkadir bu mövsüm Çempionşip təmsilçisinin heyətində çıxış etdiyi 21 rəsmi matçda 1 assistlə yadda qalıb.
0
0