Acun Ilıcalı Ərdoğanla görüşdü
12.06.2026 - 23:35
Acun Ilıcalı Ərdoğanla görüşdü

“Hull Siti”nin sahibi Acun Ilıcalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Apasport.az xəbər verir ki, görüş Türkiyə Prezidentinin iqamətgahında baş tutub.

Ilıcalı sosial şəbəkə hesabında paylaşım edərək Ərdoğana “Hull Siti”nin formasını hədiyyə etdiyini bildirib.


O, paylaşımında görüşlə bağlı bunları yazıb:

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan sıx qrafiki arasında məni qəbul etdi. Ona “Hull Siti” ilə Premyer Liqaya yüksəliş yolunda gördüyümüz işlər barədə məlumat vermək imkanı qazandım. Göstərdiyi maraq məni çox qürurlandırdı və sevindirdi”.

Qeyd edək ki, Acun Ilıcalının sahibi olduğu “Hull Siti” ötən mövsüm Çempionşip pley-off finalında “Midlsbro”nu 1:0 hesabı ilə məğlub edərək Premyer Liqaya yüksəlib.