"Adanaspor"un baş məşqçisi vəfat etdi
01.09.2024 - 11:49
Türkiyə 1-ci liqasında çıxış edən "Adanaspor"un baş məşqçisi vəfat edib.
Apasport.az xəbər verir ki, Sol Bamba dünyasını dəyişib.
O, 39 yaşında həyata gözlərini yumub. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Komandanın "Manisa" ilə matçından öncə çalışdırıcının səhhəti pisləşib. Mütəxəssis Manisa Celal Bayar Universitetinin xəstəxanasına aparılsa da, orada dünyasını dəyişib.
Qeyd edək ki, Bamba baş məşqçi postuna bu ilin yayında təyin olunmuşdu.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0