Alaba uzun müddətdən sonra meydana qayıdır
29.12.2024 - 15:17
"Real"ın futbolçusu David Alaba yaşıl meydanlara qayıdır.
QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
32 yaşlı avstriyalı müdafiəçi sabah uzunmüddətli zədədən sonra komanda ilə birgə məşq edəcək.
Qeyd edək ki, David Alaba 2023-ci ilin dekabr ayında sıradan çıxmışdı. Futbolçuya çarpaz bağının qopması diaqnozu qoyulmuşdu. Onun "Real"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
0
0