[b]Albanlardan “Qarabağ”a ziyarət[/b]
24.07.2018 - 22:20
[b]Albanlardan “Qarabağ”a ziyarət[/b]

“Qarabağ”ın sabiq futbolçuları Admir Teli və Nderim Nedzipi klubu ziyarət edib. Apasport.az saytı Ağdam təmsilçisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, albaniyalı sabiq oyunçular Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə keçiriləcək qarşılaşma öncəsi keçmiş məşqçiləri və komanda yoldaşları ilə görüşüblər.

 

Onların bu ziyarəti Albaniyadakı son məşqdən əvvəl gerçəkləşib. Maraqlıdı ki, Nedzipi hazırda “Kukesi”nin baş meneceri vəzifəsini icra edir. Teli isə Azərbaycan çempionunun heyətində ən çox oyun keçirən legionerlərdən biridi.

 

Qeyd edək ki, sabah baş tutacaq “Kukesi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:00-da start götürəcək.

0