Aleksis Sançes yenidən “İnter”də
26.08.2023 - 15:16
Aleksis Sançes yenidən “İnter”də

Çili millisinin futbolçusu Aleksis Sançesin “İnter”ə keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

Hücumçu Milan təmsilçisinə azad agent statusu ilə keçib. “Marsel”lə müqaviləsi bitdikdən sonra klubsuz olan Aleksis “İnter”lə 1 illik anlaşma imzalayıb.

Qeyd edək ki, Sançes 2019-22-ci illərdə də Milan təmsilçisində forma geyinib.

0