Almaniya təmsilçisi "Bavariya"nın müdafiəçisi Alfonso Deyvisin bu mövsüm başa çatdıqdan sonra azad agent kimi "Real Madrid"ə keçməsinə razılıq verib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Mateo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 23 yaşlı futbolçunun hələ də "Kral Klubu"na keçmək niyyətində olduğunu və 2025-ci ilin yayında Madrid komandası ilə müqavilə bağlaya biləcəyini qeyd edib.
Qeyd edək ki, "Bavariya" bu yay transfer pəncərəsində Deyvisin satışından ən azı 50 milyon avro qazanmaq istəyirdi. Ötən mövsüm Alfonso Deyvis "Bavariya"nın heyətində Almaniya çempionatında 29 oyun keçirib, bu oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi