Almaniya millisinin üzvü La Liqa nəhəngi ilə anlaşıb
05.12.2024 - 15:56
Almaniya millisinin üzvü La Liqa nəhəngi ilə anlaşıb

Almaniya millisinin və “Bayer”in müdafiəçisi Conatan Ta karyerasını İspaniyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, “Barselona” 28 yaşlı futbolçunu heyətinə cəlb etmək niyyətindədir.

Kataloniyalılar artıq onunla razılığa gəliblər. Oyunçu yayda azad agent kimi “Barselona”ya transfer olacaq.

Qeyd edək ki, Conatan Ta bu mövsüm Almaniya təmsilçisinin heyətində çıxdığı 21 rəsmi matçda 1 qol ilə yadda qalıb.

0