Nəhəng klublar arasında keçirilən Beynəlxalq Çempionlar Kuboku turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün iki görüş baş tutub.
İlk olaraq “Mançester Siti” ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib. Çikaqoda keçirilən qarşılaşma almanların 1:0 hesablı qələbəsi ilə nəticələnib. “Borussiya”ya qalibiyyətə daşıyan qolu 28-ci dəqiqədə penaltidən Mario Götze vurub.
“Bavariya” ilə PSJ arasında baş tutan ikinci matç da almanların üstünlüyü ilə nəticələnib. Xavi Martines (60), Renato Sançes (68) və Coşua Zirkzenin (78) qollarına fransızlar Timoti Veanın (31) yeganə qolu ilə cavab verib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA