İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Yunayted” yayda heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, klub yeni baş məşqçi Ruben Amorim üçün transferlərə ciddi məbləğ ayıracaq.
39 yaşlı məşqçinin “qırmızı şeytanlar”dan ilk istədiyi oyunçu isə “Napoli”dən Xviça Kvaratsxeliyadır.
İngiltərəlilər İtaliya klubu ilə 2027-ci ildə müqaviləsi yekunlaşacaq futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.
Kvaratsxeliya ilə “Yunayted”dən başqa, “Barselona” və “Çelsi” klubları da maraqlanır.
Qeyd edək ki, 23 yaşlı hücumçu bu mövsüm çıxdığı 13 rəsmi matçda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.