Ançelotti Neymarı milliyə çağırmayıb
04.11.2025 - 12:53
Braziliya millisinin məşqçilər heyəti bu ayın ortalarında keçirəcəkləri iki yoxlama oyunu üçün əsas heyəti dəqiqləşdirib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti zədəsi yenicə sağalan “Santos”un hücumçusu Neymarı heyətə çağırmayıb.
33 yaşlı futbolçu bu yaxınlarda Braziliya liqasında “Fortaleza”ya qarşı oyunda (1:1) iştirak edib.
Braziliya millisi 15 noyabrda Londonda Seneqal yığmasıyla qarşılaşacaq. Komanda 18 noyabrda isə Fransanın Lill şəhərində Tunis millisiylə görüşəcək.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0