"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.
Apasport.az xəbər verir ki, "Dinamo"da çıxış edən rusiyalı Azərbaycan çempionundan ayrılmağının səbəbi haqda danışıb. 33 yaşlı qolkiper övladının təhsilinə görə Moskvaya qayıtdığını söyləyib:
"Hər şey çox sadədir. Oğlumun bu il 5 yaşı tamam oldu. Məktəbə getməyinə az qalıb, hazırlıqlar başlayır. Daimi yaşayış yeri haqqında qərar vermək üçün lazım olan vaxt gəldi. Ona görə də doğulub boya-başa çatdığım Moskvaya qayıtdım. "Qarabağ" mənə yeni müqavilə təklif etdi. Orada hər şeydən razı qaldım, Bakı gözəl şəhərdir, çox rahatdır. "Qarabağ"da qalardım, amma Moskvada uşağın inkişafı üçün daha çox imkanlar var".
Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə "Qarabağ"ın formasını geyinib. Təcrübəli qapıçı Ağdam təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir