Antoni Portuqaliya yolunda
08.08.2025 - 15:53
Antoni Portuqaliya yolunda

"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını Portuqaliyada davam etdirə bilər. 

Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Benfika" yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddialara görə, komanda braziliyalını mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Lakin "Yunayted" 25 yaşlı vingeri satmağı planlaşdırır. "Qırmızı şeytanlar" futbolçunu istəyən klublardan 40 milyon avro tələb edir.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında "Real Betis"də çıxış etmişdi.