“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Saloniki təmsilçisi rumıniyalı Olimpiu Morutanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Morutan daha əvvəl Rumıniyada “Botoşani”, FCSB, Türkiyədə “Qalatasaray”, “Ankaragücü”, İtaliyada “Pisa”da çıxış edib. Onun son ünvanı “Ankaragücü” olub.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Aris” qarşılaşması iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA