Arda Güler Almaniya çempionuna keçə bilər
10.12.2024 - 12:35
La Liqa təmsilçilərindən “Real”ın futbolçusu Arda Güler karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Bayer” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Leverkuzen klubu qış fasiləsində 19 yaşlı futbolçunu heyətinə qatmağı düşünür.
“Real” Arda Güleri buraxmaq niyyətində deyil. Klub azı mövsümün sonuna kimi onun durumunu izləmək istəyir.
Arda bu mövsüm 17 oyunda 1 qol vurub.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0