Arda Gülərdən təqdirəlayiq addım
05.12.2024 - 15:16
İspaniya La Liqa klublarından “Real Madrid”in futbolçusu Arda Gülər Beynəlxalq Əlillər Günündə (3 dekabr) jesti ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, türkiyəli oyunçu imzalı formasını “amputasiyalı futbolun Arda Güləri” adlandırılan 11 yaşlı Kerem Demezə hədiyyə edib.
Arda bu hərəkətinə görə sosial şəbəkələrdə bir çox insan tərəfindən dəstəklənib.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi 2023-cü ildə “Fənərbaxça”dan “Real Madrid”ə 20 milyon avro qarşılığında transfer olunmuşdu.
0
0