Argentina İtaliyanı keçdi – STATİSTİKA
01.12.2022 - 10:47
Argentina İtaliyanı keçdi – STATİSTİKA

Aleksis Makallister Argentina millisinin heyətində dünya çempionatlarında qol vuran 61-ci futbolçu olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi DÇ-2022-nin III turunun Polşa ilə qarşılaşmasında fərqlənib.

Bununla da cənubi amerikalılar mundialda qol vuran oyunçu sayında İtaliyanı keçib. Avropalıların 60 üzvü qol sevinci yaşayıb.

Rekord isə Braziliyaya məxsusdur. “Sambaçılar”ın 83 futbolçusu rəqib qapısına yol tapıb. 77 oyunçusu fərqlənən Almaniya 2-ci, Argentina isə 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, Argentina Polşanı iki cavabsız qolla məğlub edib.

0