Argentina millisinin sabiq hücumçusu xəstəxanaya yerləşdirilib
24.04.2024 - 11:38
Argentina millisinin sabiq hücumçusu xəstəxanaya yerləşdirilib

Argentina millisinin sabiq hücumçusu, hazırda "İndepented"in baş məşqçisi Karlos Tevez xəstəxanaya yerləşdirilib. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Döş qəfəsindəki ağrılar səbəbindən  xəstəxanaya yerləşdirilən mütəxəssisin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. 

Xatırladaq ki, Tevez futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus”da çıxış edib. 

Qeyd edək ki, sabiq forvet üçqat İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qalibi və ikiqat İtaliya çempionudur.

0