![Arne Slot: “İndi geriyə baxanda hər şeyi fərqli edərdim”](https://apasport.az/storage/news/2025/february/14/big/67af8c7d7d4e967af8c7d7d4ea173955801367af8c7d7d4e067af8c7d7d4e8.jpeg)
"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə mətbuatına bir sıra açıqlamalar verib.
Təcrübəli mütəxəssis "Vulverhempton"da çıxış edən Mateus Kunyanın kluba transferi barəsində fikirlərini bildirib:
"Mateus Kunya səviyyəli bir oyunçudur. O, İngiltərənin ən güclü beş klubundan birində çıxış edə biləcək bir futbolçudur. Niderland çempionatında 17-ci pillədə qərarlaşan bir komandanın heyətində PSV, "Ayaks" və ya "Feyenoord" kimi klublarda oynaya biləcək oyunçunu görə bilməzsiniz. Buna görə də Niderland çempionatında 17-ci yerdə olan komanda ilə Premyer Liqada eyni mövqedə qərarlaşan bir klubun qarşısında oynamaq arasında böyük bir fərq var".
Baş məşqçi dünən "Everton"la oyunun (2:2) son dəqiqələrdə aldığı qırmızı kart haqqında da danışıb:
“Everton" görüşünün sonunda hisslərimə hakim ola bilmədim. İndi geriyə baxanda hər şeyi fərqli edərdim. Gələcəkdə buna bənzər bir vəziyyətdə daha fərqli davranmağa çalışacağam".