Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
21.06.2026 - 23:46
İraq millisinin baş məşqçisi Qrem Arnold Fransa ilə oyun öncəsi maraqlı açıqlaması ilə diqqət çəkib.
Apasport.az xəbər verir ki, avstraliyalı mütəxəssisə Kilyan Mbappeni necə dayandıracaqları ilə bağlı sual ünvanlanıb.
Arnold cavabında zarafatla bildirib:
"Üç qapıçı ilə oynaya bilərikmi deyə soruşacağıq."
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın I qrupunda ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edib.
Mbappe turnirdə 2 qola imza atıb. İraq isə ilk turda Norveçə 1:4 hesabı ilə uduzub.
Fransa - İraq qarşılaşması iyunun 22-də keçiriləcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0