Londonun "Arsenal" klubunun futbolçusuna çevrilən qapıçı Kepa Arrizabalaqa əvvəlki klubu "Çelsi" ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib:
"Çelsi", təşəkkür edirəm. 7 unudulmaz mövsümdən sonra həyatımın bu xüsusi fəslini bağlamağın vaxtı gəldi. Mən burada bir futbolçu və insan kimi böyümüşəm. Buraya böyük arzularla gəldim. İndi kuboklar və minnətdarlıq xatirələri ilə ayrılıram. Artıq yeni bir fəslin başlanğıcıdır".
Qeyd edək ki, Arrizabalaqa 2018-ci ildən "Çelsi"də çıxış edir. O, əvvəlki mövsümü icarə əsasında "Bornmut"da keçirib, 35 matçda 43 qol buraxıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”