"Arsenal" "Çelsi"nin futbolçusunu istəyir
20.06.2025 - 10:54
Londonun "Arsenal" klubu hücum xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, London klubu diqqətini "Çelsi"nin cinah oyunçusu Noni Maduekeyə yönəldib.
Bu barədə "Daily Telegraph" portalı məlumat yayıb.
"Çelsi" oyunçunu satmağı arzulamır, lakin yüksək təklif gələrsə, qərarını dəyişə bilər.
Ötən mövsüm 23 yaşlı hücumçu komandasının heyətində 41 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub və onun bazar qiyməti 40 milyon avrodur.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0