"Arsenal" "Çelsi"nin yarımmüdafiəçisini almaq istəyir
27.02.2024 - 11:39
"Arsenal" "Çelsi"nin yarımmüdafiəçisini almaq istəyir

Londonun "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallaxer başqa bir paytaxt klubunun - "Arsenal"ın maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat verib.

Mənbənin məlumatına görə, “topçular” yarımmüdafiəçi üçün yaxınlarda maraqlandığını açıqlayan “Tottenhem”lə rəqabət aparmağa hazırdır. Futbolçunun hər hansı bir kluba transferi yay "transfer pəncərəsi" zamanı tamamlana bilər.

Konor “Çelsi” akademiyasının yetirməsidir. Bu mövsüm yarımmüdafiəçi 34 komanda oyununda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatır.

0