
İngiltərə Premyer Liqası təmsilçilərindən "Arsenal" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Kristal Pelas"da çıxış edən Ebereçi Eze ilə yaxından maraqlanır.
Bu barədə "SkySports" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub 26 yaşlı yarımmüdafiəçi üçün "topçular"dan 60 milyon avro tələb edir.
Xatırladaq ki, Eze "Kristal Pelas"a 2020-ci ildə QPR-dən 17,8 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində çıxış etdiyi 33 rəsmi matçda 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.