“Arsenal” fransızların “yeni Pogba”sını istəyir
17.12.2024 - 14:54
İngiltərə Premyer Liqa klublarından “Arsenal” yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, topçular “Sevilya”dan 22 yaşlı yarımmüdafiəçi Lusien Aqoumeni transfer etmək niyyətindədir.
İngiltərəlilər fransız futbolçunu Tomas Parteyin əvəzləyicisi kimi görür.
"Yeni Poqba" ləqəbli oyunçunun özü də İngiltərədə oynamağa müsbət yanaşır.
Qeyd edək ki, Aqoume mövsümün əvvəlində “İnter”dən “Sevilya”ya keçib.
0
0