"Arsenal" keçmiş qapıçısını geri qaytarmaq istəyir
06.05.2024 - 12:55
"Arsenal" keçmiş qapıçısını geri qaytarmaq istəyir

Hüquqları Turin "Yuventus"una məxsus olan polşalı qapıçı Voyçex Şesni İngiltərə Premyer Liqasına qayıda bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.

Londonun “Arsenal” klubu qapıçının xidmətində maraqlıdır və Aaron Remsdeylin yerinə oyunçu axtarır.

Bu halda isə London təmsilçisi üçün ən real namizəd polşalı qapıçıdır.

Xatırladaq ki, Şesni əvvəllər "topçular"da çıxış edib. Voyçex 2009-2017-ci illərdə “Arsenal”ın rənglərini qoruyub.

34 yaşlı qolkiper İtaliya A Seriyasında bu mövsüm 33 oyun keçirib, 26 qol buraxıb, 16 matçda isə qapısını toxunulmaz saxlayıb.

0
arsenal yuventus premyer liqa