"Arsenal" "Real Madrid"in ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır
24.02.2025 - 16:58

"Real Madrid"in hücumçusu Rodriqo İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.
Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, "Arsenal" 24 yaşlı braziliyalını almaq istəyir.
Rodriqo Premyer Liqaya keçə bilər?
"Topçular" yay transfer pəncərəsində forvardı heyətinə qatmağa cəhd etmək niyyətindədir.
"Arsenal" Rodriqo üçün nə qədər maaş təklif edəcək?
İngiltərənin top klubu Rodriqonun transferi üçün 85 milyon avro ayırmağa hazırdır.
Rodriqonun "Real"la müqaviləsi nə vaxt bitir?
Braziliyalı futbolçu İspaniya La Liqasının cari mövsümündə 22 oyun keçirib. Forvard 6 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun "Real"la hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0