İngiltərə Premyer Liqa təmsilçisi “Arsenal” yay üçün əsas transfer hədəfini seçib.
Apasport.az “Football Transfers”ə istinadən xəbər verir ki, “topçular”ın rəhbərliyi Almaniya millisinin və “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixi transfer etmək istəyir.
Yarımmüdafiəçinin alman nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Yeni müqavilə ilə bağlı danışıqlar nəticəsiz qalıb. "Arsenal" vəziyyətdən istifadə edib, yayda futbolçunu transfer etmək istəyir.
"Transfermarkt" portalı 26 yaşlı oyunçunun dəyərini 60 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Kimmix Bundesliqanın cari mövsümündə 21 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”