"Arsenal" və "Liverpul" misirli hücumçu uğrunda mübarizə aparacaqlar
28.03.2024 - 12:32
"Arsenal" və "Liverpul" misirli hücumçu uğrunda mübarizə aparacaqlar

"Ayntraxt Frankfurt"un hücumçusu Ömər Marmuş Almaniya Bundesliqasını İngiltərə Premyer Liqasına dəyişə bilər. 

Apasport.az “Tribal Football” portalına istinadən xəbər verir ki, bir neçə klub hücumçunun xidmətində maraqlıdır.

Marmus üçün “Liverpul”, “Nyukasl”, həmçinin Londonun “Arsenal” və “Totenhem” klubları mübarizə aparacaq. 

Potensial əməliyyatın məbləği 50-60 milyon avro olaraq qiymətləndirilir. 

Qeyd edək ki, 25 yaşlı misirli Almaniya çempionatının bu mövsümündə 21 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

0