İngiltərənin “Arsenal” klubu “Yuventus”un futbolçusu Kenan Yıldızla maraqlanıb.
Apasport.az xəbər verir ki, London klubu türkiyəli cinah yarımmüdafiəçisinin vəziyyətini öyrənmək üçün Turin təmsilçisi ilə əlaqə saxlayıb.
“The Athletic”in məlumatına görə, “Yuventus” Kenan Yıldızla bağlı mövqeyini qəti şəkildə bildirib. İtaliya klubu “Arsenal”a futbolçunun satılıq olmadığını çatdırıb.
Bu cavabdan sonra İngiltərə təmsilçisi transfer siyahısındakı alternativ variantlara yönəlib.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində A Seriyasında 36 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyəli futbolçu UEFA Çempionlar Liqasında isə 10 matçda 1 qol, 3 asist edib.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ