"Arsenal"da yeni müqavilə imzalana bilər
30.04.2024 - 22:15
"Arsenal"da yeni müqavilə imzalana bilər

"Arsenal" yarımmüdafiəçi Jorjinyoya yeni müqavilə təklif edib.

Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçunun "topçular"la yeni sözləşmə imzalanacağı gözlənilir. Jorjinyo 2023-cü ilin yanvarından "Çelsi"dən transfer olduğu "Arsenal"da çıxış edir.

Cari mövsümdə yarımmüdafiəçi 35 rəsmi oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Arsenal” hazırda İngiltərə çempionatının turnir cədvəlində 6-cı yerdədir. 

 

0