“Arsenal”ın kapitanı sıradan çıxıb
05.10.2025 - 22:37
"Arsenal"ın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, London təmsilçisinin kapitanı Martin Odeqard sıradan çıxıb.
Norveçli yarımmüdafiəçi Premyer Liqanın VII turunun "Vest Hem"lə matçında (2:0) dizindən zədələnib.
Komandanın baş məşqçisi Mikel Arteta oyundan sonra jurnalistlərə açıqlamasında 26 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu bildirib.
Qeyd edək ki, Martin Odeqard bu mövsüm "Arsenal"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0