Asiyada ilin ən yaxşı futbolçusu bəlli olub
17.10.2025 - 10:55
Asiyada ilin ən yaxşı futbolçusu bəlli olub

PSJ-nin futbolçusu Li Kan İn Asiyada ilin ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu ötən mövsüm Paris təmsilçisinin heyətində 49 rəsmi oyunda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

O, həmçinin Liqa 1 klubu ilə birlikdə Çempionlar Liqası, Fransa Liqası, Fransa Kuboku və Fransa Superkubokunun qalibi olub.

Qeyd edək ki, Li Kan İn 2023-cü ildən PSJ-də çıxış edir.