“Aston Villa” İtaliya klubundakı futbolçusunu geri qaytarıb
21.01.2026 - 16:32
“Aston Villa” “Roma”da icarə əsasında çıxış edən futbolçusu Leon Beylini geri qaytarıb.
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yamaykalı vingerin “Roma”dakı icarə müddətinin başa çatdığı və onun komandaya geri döndüyü bildirlib.
Ötən yay İtaliya klubuna keçən futbolçu ciddi zədə problemləri səbəbindən heyətdə cəmi 317 dəqiqə keçirib. O, bu müddətdə meydana çıxdığı 11 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0