“Aston Villa”nın futbolçusu “Fənərbaxça”nın hədəfində
28.12.2024 - 19:31
"Aston Villa"nın futbolçusu Ceyden Filocin komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun karyerasını Türkiyə Super Liqasında davam etdirmək ehtimalı var.
İngiltərəlinin xidmətində "Fənərbaxça" maraqlıdır. İstanbul təmsilçisi 22 yaşlı ön xətt oyunçusunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
"Fənərbaxça" rəhbərliyi qarşıdakı günlərdə İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Aston Villa" Ceyden Filocini mövsümün əvvəlində "Hall Siti"dən transfer edib.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0