“Atletiko Madrid” “Qalatasaray”ın Tiaqo Almada üçün göndərdiyi təklifi rədd edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
La Liqa təmsilçisi “sarı-qırmızılılar”ın yarımmüdafiəçi üçün etdiyi icarə təklifini qəbul etməyib.
İddialara görə, Madrid klubu 24 yaşlı vingerin transfer hüquqlarının 50 faizinə sahibdir. Bu səbəbdən “Atletiko” futbolçunun satışından 15–20 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, “Atletiko Madrid” Tiaqo Almadanı mövsümün əvvəlində “Botafoqo”dan 21 milyon avroya transfer edib. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində keçirdiyi 18 rəsmi oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı