"Atletiko" fransalı futbolçusuna əvəzləyici tapıb
08.01.2025 - 11:58
"Yuventus"un yarımmüdafiəçisi Artur Melo karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Atletiko Madrid" braziliyalı futbolçu ilə maraqlanır.
Tomas Lemar komandanı tərk edərsə, klub rəhərliyi Melo ilə müqavilə imzalayacaq.
"Barselona"dakı çıxışları ilə tanınan 28 yaşlı Artur bu mövsüm "Yuventus" forması ilə heç bir matçda iştirak etməyib.
Braziliyalı yarımmüdafiəçinin Turin klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. "Transfermarkt" onun transfer dəyərini 5 milyon avro olaraq qiymətləndirir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0