“Atletiko” Koke ilə bağlı qərar verib
10.09.2024 - 13:13
“Atletiko” yarımmüdafiəçi Kokenin gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəhbəri Enrike Serezo danışıb:
“Klub Koke ilə yeni müqavilə bağlayacaq. Bu futbolçu bizim əfsanəmizdir, bir-birimizə ehtiyacımız var”.
Koke 2011-ci ildən Madrid komandasında çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.
İspaniyalı futbolçu bu mövsüm 4 oyun keçirib və 1 qol vurub.
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0