AVRO-2024-ün final mərhələsinin püşkatmasındakı səbətlərin tərkibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, seçmə mərhələnin son oyunlarından sonra 4 səbətdə yer alacaq komandalar bəlli olub.
Pley-offda müəyyənləşəcək son üç iştirakçı sonuncu – 4-cü “altılıq”da yer alacaq. Qardaş Türkiyə yığması 2-ci səbətə düşüb.
Püşkatma dekabrın 2-də keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbir Hamburqda təşkil olunacaq.
Qeyd edək ki, final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada baş tutacaq.
1-ci səbət
Almaniya
Portuqaliya
Fransa
İspaniya
Belçika
İngiltərə
2-ci səbət
Macarıstan
Türkiyə
Rumıniya
Danimarka
Albaniya
Avstriya
3-cü səbət
Niderland
Şotlandiya
Xorvatiya
Sloveniya
Slovakiya
Çexiya
4-cü səbət
İtaliya
Serbiya
İsveçrə
Pley-offda A yolunun qalibi
Pley-offda B yolunun qalibi
Pley-offda C yolunun qalibi
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”