Avropa Liqası: "Beşiktaş"ın potensial rəqibi bəlli oldu
20.07.2026 - 15:19
"Beşiktaş"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsində Danimarkanın "Midtyulland" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə "Tromsö" (Norveç) - "Hradeç Kralove" (Çexiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Beşiktaş" - "Midtyulland" cütünün ilk oyunu iyulun 24-də İstanbulda, cavab görüşü isə iyulun 31-də Danimarkada keçiriləcək.
III təsnifat mərhələsinin qarşılaşmaları isə avqustun 7 və 14-də baş tutacaq.
0
0