Avropa nəhəngləri “Siti”nin vunderkidi ilə maraqlanır
08.04.2025 - 17:11
Avropa nəhəngləri “Siti”nin vunderkidi ilə maraqlanır

"Mançester Siti"nin U18 komandasında çıxış edən Divine Musaka yayda komandasını dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, gənc istedadla "Bavariya" və "Ayaks" klubları yaxından maraqlanır.

Xatırladaq ki, "şəhərlilər" 17 yaşlı oyunçunu 2023-cü ildə "Vest Hem"dən qatıb.

Qeyd edək ki, ingiltərəli bu mövsüm U18 komandası ilə çıxış etdiyi 35 rəsmi matçda 17 qol, 25 assistlə yadda qalıb.