"Ayaks"ın yarımmüdafiəçisi "Qarabağ"la oyunu buraxa bilər
17.09.2024 - 17:32
"Ayaks"ın yarımmüdafiəçisi  "Qarabağ"la oyunu buraxa bilər

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Ayaks"ın heyətində ciddi tiki baş verib.

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Françesko Farioli məlumat verib.

Amsterdam təmsilçisinin yarımmüdafiəçisi Steven Berqyoys sıradan çıxıb.

İtalyan mütəxəssis 32 yaşlı futbolçunun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də qarşılaşacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

0