“Fənərbaxça”nın yeni baş məşqçisi olacağı gözlənilən Aykut Kocaman transfer planları ilə bağlı ilk qərarlarından birini verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Marko Asensionun komandada qalmasını istəyir.
Komandadan ayrılmaq istədiyi iddia olunan ispaniyalı futbolçu ilə “Espanyol”, “Vilyarreal” və “Real Sosyedad”ın maraqlandığı bildirilir. Yerli mətbuatda yayılan xəbərlərə görə, DÇ 2026 üçün İspaniya millisinə seçilməyən Asensio, daha çox diqqət mərkəzində olmaq üçün Türkiyə Super Liqasını Avropa liqalarından birinə dəyişmək istəyir.
Buna baxmayaraq, Kocaman Asensionu yeni mövsüm planlarında əsas rolda görür.
Qeyd edək ki, Marko Asensionun “Fənərbaxça” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun sözləşməsində daha 1 illik uzatma bəndi də yer alır.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ